İnsanlar sosial məsafəni niyə gözləmir? – İçimizdəki təhlükə

saytların hazırlanması

Evə çatdırılma

İnsanlar sosial məsafəni niyə gözləmir? – İçimizdəki təhlükə

Sosial

09 İyun 2020 15:05 953


Koronavirusdan qorunmağın bir yolu da sosial məsafədir. Sosial məsafə saxlamaq tibbi maska taxmaq və giriyenik qaydalara riayət etmək qədər vaicbdir. Elə bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın ilk günlərindən insanlara sosial məsafə saxlamağı tövsiyə edib. Xüsuslə, insanların gur olduğu yerlərdə, qapalı məkanlarda sosial məsafə saxlamaq mütləqdir. 

Pandemiyadan əziyyət çəkən digər ölkələrdə sosial məsafə məsələsinə ciddi önəm verilir. Bəzi ölkələrdə bu, məcburidir. Hətta Almaniyanın Səhiyyə naziri Jens Spahn xəstəxana ziyarətində sosial məsafəyə laqeyd yanaşdığına görə tənqid atəşinə tutlmuşdu. 

Yenisabah.az xatırladır ki, Hessen əyalətində tibb fakültəsinə baş çəkən Almaniyanın səhiyyə naziri Spahn sosial məsafəyə əhəmiyyət verməyib. O, dövlət rəsmiləri və xəstəxana rəhbərləri ilə birlikdə liftə daxil olub. Bununla bağlı foto yayıldıqdan sonra alman nazir açıqlama verərək bu görüntünün uyğun olmadığını, növbəti dəfə pilləkənlərdən istifadə edəcəyini söyləyib. pizza sifarişi

Azərbaycanda da banklarda və digər qapalı məkanlarda sosial məsafə saxlanılmasına ciddi diqqət yetirilir. Bununla bağlı ictiami nəqliyyatda, qapalı məkanlarda elanlar vurulub. 

Sosial məsafənin saxlanması infeksiyaya kütləvi yoluxmanın qarşısını almaq baxımından çox əhəmiyyətlidir. Digər tərəfdən, sosial məsafə həm də vətəndaşın özünüqoruma vasitəsidir. Bu qaydaya əməl edənlərin virusa yoluxma riski xeyli aşağıdır. Ona görə də vətəndaşlar öz sağlamlıqların qorumaq üçün bu çətin olmayan vasitədən yararlanmaq barədə düşünməlidir.

Bildirək ki, son araşdırmaya görə, yeni növ koronavirusa  yoluxmanın qarşısını almaq üçün sosial məsafə ən azı 4 metr olmalıdır. Çində aparılan araşdırmada bildirilir ki, virusunun maksimum yayılma məsafəsi 4 metrdir. Bu səbəbdən alimlər koronavirusdan qorunmaq üçün sosial məsafənin 4 metr saxlanılmasının vacibliyini vurğulayıblar.

Qeyd edək ki, COVİD – 19 xəstəliyinə yoluxmuş insan asanlıqla bu xəstəliyi başqasına yoluxdura bilir. Virusa yoluxmuş şəxsin asqırması və ya öskürməsi zamanı ağız və burun boşluğundan havaya buraxılan kiçik damcılar vasitəsilə virus yayılaraq digər insanlara keçə bilər. Bu damcının başqasının nəfəs yoluna düşməsi nəticəsində baş verir. 

Eyni zamanda bu damcılar ətrafda yerləşən əşyalara və səthlərə düşür. İnsanlar həmin əşyalara və ya səthlərə toxunduqdan sonra gözə, burun və ya ağıza toxunaraq virusa yoluxa bilərlər. 

Bu səbəbdən xəstələnmiş şəxslə əm azı 1 metr, tam təhlükəsizlik üçün isə 4 metrdən artıq məsafə saxlamaq və üz nahiyəsinə toxunmazdan əvvəl əlləri yumaq çox vacibdir. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!