Azərbaycanda insanların mühim bir hissəsi koronavirusa inanmır. Bu barədə Milli Məclisin iclasında deputatlar da fikir səsləndirib.
Məsələn, deputat və tibb mütəxəssisi olan Əhliman Əmiraslanov deyib ki, koronavirusla mübarizədə ən təhlükəli meyl xəstəliyin olmasına inanmamaqdır. Onun sözlərinə görə, bu gün tibb işçiləri arasında da virusa inanmayanlar var. Ancaq bu tendensiya yalnız Azərbaycana xas deyil. Belə ki, sorğulara əsasən, Rusiyada əhalinin 23 faizdən çoxu koronavirusun uydurma olduğunu, hər 3 nəfərdən biri isə bu xəstəliyin təhlükəli olmadığını düşünür.
Dünyada isə bu mövzuda onlarla, yüzlərlə iddia var və bu iddianın tərəfdarı olan milyonlar mövcuddur. Dördpendirli pizza
Maraqlıdır, bu şübhənin və laqeydliyin səbəbləri nələrdir? İnsanların şübhədə olması xəstəliyin yayılmasında, ona qarşı effektiv mübarizə aparılmasında hansı mənfi rola malikdir?
Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən psixoloq Aytən Ələkbərova bildirib ki, insanlar koronavirusla bağlı xəbərlər eşitmədikdə özlərini daha çox xoşbəxt hiss edirlər, buna görə də o tip xəbərlərdən uzaq duraraq özləri öz psixologiyalarını yönləndirməyə çalışırlar:
“Təkcə bizdə yox, artıq dünyada bu cür söz-söhbətlər öz əksini tapır. İlk olaraq qeyd edim ki, psixologiyada buna informasiya fenomeni deyirlər. Müəyyən alınan xəbərlərdə artıq insanın atsenik hissləri onların orqanizminin, həyat fəaliyyətinin də enerjisini azaldır. Nəticədə insan kədərlənir, onun qan damarları büzülməyə başlayır, sifəti ağarır, beyninə qan az gedir, bədənin hərarəti aşağı düşür, üşüməyə başlayır, nəfəsi çətin alır və bu zaman artıq hərəkətlər sönük olduğundan insan özünü əzgin hiss edərək zehni fəaliyyətini zəiflədir.
Bu baxımdan artıq insanlar informasiyanın olduğu məkandan qaçmağa başlayırlar. Hətta bəzən insanlar Operativ Qərargahın verdiyi məlumatdan məlumatsız olduqda özlərini daha xoşbəxt, atsenik yox, stenik bir vəziyyətdə hiss etməyə başlayırlar.
İnsanın keçirdiyi hisslər onun zəif və qüvvətli tərəfini birbaşa göstərə bilir. Adətən, hissin qüvvəsi onu törədən obyektin insan üçün nə kimi əhəmiyyətə malik olmasını göstərir. Belə olanda isə obyektlər çox rahatlıqla təyin oluna bilir. İnsan sevinir, kədərlənir. Məsələn, koronavirus yayılmağa başladığı ilk zamanlar nələr baş verdi? İnsanlar inandı, təşvişə düşdü və sayın artması müşahidə olundu. Statistik rəqəmlər göstərirdi ki, ürək-damar xəstəlikləri, nevroz və digər bir sıra xəstəliklərdən əziyyət çəkən insanlara bu xəbər çox mənfi təsir göstərib və eyni zamanda panik ataklar, xroniki təşvişlər yaranıb.
Daha sonra insanlar özlərində hislərin dərinliyinin onlar üçün müəyyən olunmalı olduğunu düşünərək sanki bu informasiyanı özlərindən qovmağa başladılar. Hər insanın öz psixi xüsusiyyəti var. İnsanın öz əhvalını idarə etməsi üçün onu törədən səbəbləri yaxından öz beynində araşdırmağı bacarmalıdır.
Şübhə və laqeydlik də məhz psixika ilə bağlıdır. İnsan əhvalının qulu olduğu halda arzuolunan nəticəni əldə edə bilmir. Artıq pozulan psixi haləti onu idarə etməyə başlayır. Bu baxımdan da insanlar sanki özləri arasında fərqli fikir formalaşdırdılar, özlərini sakitləşdirməyi seçdilər. Onlar ilk əvvəl informativ sistemdən əziyyət çəkdilər, sonra isə informasiyanı yox edərək vəziyyətlə mübarizə apardılar, özlərini virusun olmadığına inandırdılar. Hər hansı obyektə dərin hiss bəslənildikdə həmin obyektin itirilməsi insana çox ciddi şəkildə təsir edib əhvalını pozur. Dərin hislər ona görə uzun müddət davam edir. İnsanlar bir az da bunu düşünərək inananmamağı seçdilər. Düşündülər ki, heç kimdə koronavirus yoxdur.
Çünki qohumlarında, tanışlarında virus yox idi. Özləri özlərinə informasiya ötürərək pozitiv olmağı, normal həyatlarına davam etdirməyi üstün tutdular. Beləliklə, inamsızlıq yaratdılar. Hətta bəziləri qoyulan xırda gigiyenik qaydalara belə əməl etməkdən boyun qaçırdı”.
Psixoloq qeyd edib ki, arzu etdiyinə inanmaq bizi məsuliyyətsizliyə doğru apara bilər və məsuliyyətsizliyin içərisində virus birbaşa vəba xəstəliyi kimi yayılmağa başlayar:
“Çünki hisslər insan həyatında çox mühim rol oynayır, psixi həyatı zənginləşdirir. Hissləri yoxsul olan adam yaradıcı səviyyəyə yüksələ bilmir. Bunun mənfi rola malik olması birbaşa bundan asılı olur. Belə tip adamlar yüksək məqsəd uğrunda mübarizə aparmağa həqiqətən çətinlik çəkirlər. Öz qulaq seyvanlarını yalan olsa belə, özlərinə xoş olan şeylərlə doldura bilirlər”.
Sayad Həsənli
Telegram kanalımız