“İnter“ Hakanı əldən vermək istəmir

saytların hazırlanması

Evə çatdırılma

“İnter“ Hakanı əldən vermək istəmir

İdman

11 Oktyabr 2022 13:08 864


Türkiyə millisinin üzvü Hakan Çalhanoğlu  "İnter"lə yeni müqavilə imzalaya bilər. 

Yenisabah.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şkira özünün "Tvitter" hesabında məlumat yayıb. Milan klubunun rəhbərliyi 28 yaşlı yarımmüdafiəçiyə uzunmüddətli müqavilə təklif etmək niyyətindədir. Hakanın agenti artıq danışıqlar üçün Milana səfər edib.

Qeyd edək ki, Çalhanoğlu 2021-ci ilin yayında azad agent kimi "İnter"ə keçib və 2024-cü ilin iyununa qədər müqavilə imzalayıb. "İnter"in də müqaviləni avtomatik olaraq daha bir mövsüm uzatmaq imkanı var. pizza

Xatırladaq ki, Hakan bu mövsüm İtaliya çempionatı və Çempionlar Liqasının 11 matçında 2 qol vurub və 1 qolun ötürməsini verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!