İtaliya Superkubokunda qalib bəlli olub.
Yenisabah.az xəbər verir ki, həlledici matç Milan şəhərinin iki komandası arasında keçirilib.
Milanlıların duelindən "İnter" qalib ayrılıb. Səudiyyə Ərəbistanının Kral Fəhd Beynəlxalq Stadionunda baş tutan qarşılaşmada "Milan" 10-cu dəqiqədə Di Markonun vurduğu qolla hesabda geriyə düşüb. 21-ci dəqiqədə Edin Dzeko "İnter"i 2 top fərqi ilə önə keçirib. Toyuqlu pizza
Matçda son nöqtəni Argentinalı Lautaro Martinez qoyub. Onun 77-ci dəqiqədə vurduğu qol yekun hesabı təyin edib – 3:0.
Telegram kanalımız