İntihar edən 17 yaşlı qız nikahsız evləndirildiyi ərindən boşanıbmış   - TƏFƏRRÜAT

saytların hazırlanması

Evə çatdırılma

İntihar edən 17 yaşlı qız nikahsız evləndirildiyi ərindən boşanıbmış - TƏFƏRRÜAT

Hadisə

21 İyun 2023 00:09 1011


İyunun 20-nə keçən gecə Sabirabad şəhərində 17 yaşlı qızın həşəratlara qarşı istifadə edilən dərman preparatını qəbul edərək intihar etməsinin bəzi detalları üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu ilin aprel ayında 17 yaşı tamam olmuş Z.Q. bir müddət əvvəl rəsmi nikah olmadan ailə həyatı qurubmuş. Lakin ailədaxili problemlər səbəbindən o, həyat yoldaşından ayrılıb.

İlkin məluamata görə, dünən qızın yaşadığı evə onun keçmiş həyat yoldaşı Y.M., oğlanın anası, xalası və xalası oğlu gəliblər. Bu zaman tərəflər arasında yenidən münaqişə yaranıb. İddiaya əsasən, Y.M. anası və digər qohumları ilə birgə 17 yaşlı qızı döyüblər. Pepperoni pizza

Z.Q isə əsəbi halda həşərat dərmanını götürərək başına çəkib. O, ağır vəziyyətdə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, bir neçə saat sonra vəfat edib.

Hazırda faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır. Artıq hadisənin baş verdiyi vaxt Z.Q-nin yaşadığı evdə olan şəxslərin ifadələri də alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!