İordaniya İranın Azərbaycana dron hücumlarını qınadı

saytların hazırlanması

Evə çatdırılma

İordaniya İranın Azərbaycana dron hücumlarını qınadı

Siyasət

05 Mart 2026 17:02 312


İordaniya İranın Azərbaycana dron hücumlarını qınayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə İordaniyanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.

İordaniya XİN İranın Türkiyə və Azərbaycanı hədəf almaq cəhdini ən sərt şəkildə pisləyib, iki ölkənin suverenliyinin kobud şəkildə pozulmasını, regionun təhlükəsizliyini və sabitliyini təhdid edən təhlükəli eskalasiya təşkil edən bu hücumları rədd etdiyi və qınadığı vurğulanıb. Pepperoni pizza

“İordaniya qardaş Türkiyə Respublikası və qardaş Azərbaycan Respublikası ilə tam həmrəydir. Onların suverenliyini, təhlükəsizliyini və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün atdığı bütün addımları dəstəkləyir”, - bəyanatda qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!