İqlim dəyişikliyi dünya iqtisadiyyatına 2,4 trilyon dollar zərər vuracaq

saytların hazırlanması

Evə çatdırılma

İqlim dəyişikliyi dünya iqtisadiyyatına 2,4 trilyon dollar zərər vuracaq

İqtisadiyyat

02 İyul 2019 15:19 1664


İqlim dəyişikliyi nəticəsində temperaturun artması səbəbilə 2030-cu ildən etibarən məşğulluq və iqtisadiyyat sahəsində böyük itkilər yaşanacaq.

“Yeni Sabah” “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) yeni hesabatında bildirilir.

Hesabata görə, iqlim dəyişikliyi əkinçilik və inşaat sahələri başda olmaqla, açıq havada işləmək zərurəti yaradan sektorlara təsir edəcək. Xüsusilə də, yoxsul ölkələr üçün bu problemin öhdəsindən gəlmək çox çətin olacaq.

Qeyd edilir ki, 2030-cu ildə 80 milyon insan işini itirəcək və bu iqtisadiyyata 2,4 trilyon dollardan çox zərər vuracaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!