Havaların isinməsi ilə Azərbaycanın məhdud şirin su ehtiyatlarının iqtisadi və sosial məsələlərin həllində səmərəli istifadəsi mövzusu aktuallaşır. Çünki şor suyun şirinləşdirilməsi prosesinin Azərbaycanda olmaması səbəbindən ölkədə su qıtlığı hiss olunur.
Yalnız Kür və digər çayların ətrafındakı yaşayış zonaları istisna olmaqla digər regionlarda, xüsusən də Bakı və Abşeron yarımadasında şirin su çatışmazlığı müşahidə edilir. Maraqlıdır, Bakı və Abşeron ərazilərini şirin su ilə təmin edən “Yeni Şollar”, “Bakı-Oğuz-Qəbələ”, “Kür-Bakı” su kəmərlərinin hazırkı vəziyyəti necədir?
Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, qlobal iqlim dəyişikliyi bütün dünyada, o cümlədən də Azərbaycanda şirin su ehtiyatlarının həcminə mənfi təsir göstərir: “Bu gün bizim kəmərlərimiz var. “Yeni Şollar”, “Kür-Bakı”, “Bakı-Oğuz-Qəbələ”, “Ceyranbatan” mənbəyimiz işlək vəziyyətdədir. Sadəcə, insanlarımız pandemiya ilə əlaqədar evdə daha çox qalırlar, xarici ezamiyyətlər, rayonlara çıxış məhdudlaşdırılıb, əksəriyyət bu il bağ mövsümünə keçiblər və bu da suya tələbatı kəskin artırıb. Burada kəskin istilər də böyük rol oynayır. İyun ayının ilk on günündə su istehlakı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 38 faiz artıb və bu da rejimlərin pozulmasına, bəzi ərazilərdə suyun verilməsində fasilələrə səbəb olub. Bu istiqamətdə işlərimiz davam edir, mütəxəssislər işləyir və vəziyyət elə də kritik deyil, hətta stabildir. Bütün mənbələrimizdə suyun emalı, çıxarılması, nəqli və paylanması işləri normal qaydada davam edir. Çalışırıq ki, insanlarımızı həmişəki kimi içməli su ilə təmin edək. Amma burada insanların da dəstəyi lazımdır. Onlar sudan qənaətlə istifadə etməlidirlər, xüsusilə də həyət evlərində suvarma üçün istifadə edilən suya ciddi nəzarət olunsun, çünki israfçılıq bizə əlavə problemlər yaradır. Bütün abonentlərimizi su ilə təmin edə bilmək üçün buna yol verilməməlidir”. Dördpendirli pizza
Sayad Həsənli
Telegram kanalımız