İqor Korotçenko Azərbaycanın Qarabağda qalib gəlməsinin səbəblərini izah etdi

saytların hazırlanması

Evə çatdırılma

İqor Korotçenko Azərbaycanın Qarabağda qalib gəlməsinin səbəblərini izah etdi

Siyasət

11 Noyabr 2020 22:29 3886


Rusiyalı məşhur politoloq və hərbi ekspert İqor Korotçenko Azərbaycanın Dağlıq Qarabağ uğrunda Ermənistanla müharibədə qalib gəlməsinin səbəblərini izah edib.

Yenisabah.az xəbər verir ki, bu barədə hərbi ekspert “Telegram” kanalında yazıb.

“Azərbaycan nəyə görə Dağlıq Qarabağ uğrunda Ermənistanla müharibədə qalib gəldi: Marqarita pizza

1. Güclü və iradəli prezident, Ali Baş Komandan İlham Əliyev.

2.  Effektiv hazırlıqlı, texniki cəhətdən təchiz edilmiş müasir ordu.

3. Azərbaycan əsgərlərinin və zabitlərinin ruh yüksəkliyi.

4. Müharibənin ədalətli xarakteri – işğal altındakı ərazilərin azad edilməsi.

5. Səriştəli hərbi planlaşdırma, döyüş əməliyyatlarının hərtərəfli işlənməsi.

6. Ordu və xalqın birliyi.

7. İnkişaf etmiş hərbi-sənaye kompleksi.

8. Güclü və çoxşaxəli iqtisadiyyat.

9. Ölkə üçün optimal siyasi hakimiyyət sistemi”, - deyə İ.Korotçenko qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!