İranın Azərbaycana yatırdığı investisiyaların həcmi 3,4 mlrd. ABŞ dollarına çatıb.
"Yeni Sabah"a nazirlikdən daxil olan məlumata görə, Bakıda səfərdə olan İran İslam Şurası Məclisinin Planlaşdırma və Büdcə Komissiyasının üzvlərinin, İran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının təmsilçilərinin daxil olduğu nümayəndə heyəti İqtisadiyyat naziri Şahin Mustafayevlə görüşüb.
Azərbaycan iş adamları da İran iqtisadiyyatına investisiyalar yatırır. Qarşılıqlı ticarət sahəsində də ciddi irəliləyişlərə nail olunub, 2018-ci ildə ticarət dövriyyəsi 74%, bu ilin 5 ayı ərzində isə 2,3 dəfə artıb.
Görüşdə iki ölkə arasında iqtisadi-ticarət əlaqələri barədə fikir mübadiləsi aparılıb, əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
Bu gün iranlı qonaqlar Sumqayıt Kimya Sənaye Parkında müəssisələrin fəaliyyəti ilə tanış olacaqlar.
Telegram kanalımız