İrakli Kobaxidze İlham Əliyevə zəng etdi

saytların hazırlanması

Evə çatdırılma

İrakli Kobaxidze İlham Əliyevə zəng etdi

Siyasət

05 Mart 2026 21:48 509


Martın 5-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"Yeni Sabah" xəbər verir ki, İrakli Kobaxidze İran İslam Respublikasının pilotsuz uçuş aparatları ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumunu qətiyyətlə pisləyərək, Azərbaycan dövləti və xalqı ilə həmrəy olduqlarını vurğulayıb. Gürcüstanın baş naziri hücum nəticəsində xəsarət alanların tezliklə sağalmalarını arzulayıb.

Prezident İlham Əliyev telefon zənginə və nümayiş etdirilən mövqeyə görə İrakli Kobaxidzeyə minnətdarlığını ifadə edib. Marqarita pizza

Telefon söhbəti əsnasında Azərbaycan-Gürcüstan ikitərəfli əməkdaşlığının perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!