İran-ABŞ danışıqlarında irəliləyiş əldə edildi - Əraqçi açıqladı

saytların hazırlanması

Evə çatdırılma

İran-ABŞ danışıqlarında irəliləyiş əldə edildi - Əraqçi açıqladı

Siyasət

27 Fevral 2026 00:20 513


İranın xarici işlər naziri Abbas Əraqçi İran-ABŞ danışıqlarının üçüncü raundundan sonra müzakirələrin yaxşı irəliləyişlə nəticələndiyini bildirib və əlavə edib ki, müvafiq paytaxtlarla məsləhətləşmələrdən sonra dördüncü raund gələn həftə keçiriləcək.

"Yeni Sabah" İran mediasına istinadən xəbər verir ki, Əraqçi bunu jurnalistlərə açıqlayıb.

Onun sözlərinə görə, müəyyən mövzularda qarşılıqlı anlaşma olsa da, bəzi məsələlərdə fikir ayrılıqları qalmaqdadır. "Biz bəzi əsas məsələlərdə razılaşmaya yaxınlaşdıq." Dominos pizza

Əraqçi qeyd edib ki, sonuncu raund nüvə danışıqlarının ən ciddi raundlarından biri olub: "Bazar ertəsi Vyanada texniki müzakirələrə başlamaq planlaşdırılıb, bir həftədən az müddətdə danışıqların yeni raundu keçiriləcək. Biz sanksiyaların aradan qaldırılması ilə bağlı tələblərimizi aydın şəkildə çatdırmışıq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!