İran atəşkəs razılaşmasına münasibət bildirib

saytların hazırlanması

Evə çatdırılma

İran atəşkəs razılaşmasına münasibət bildirib

Siyasət

10 Noyabr 2020 16:02 1123


İran İslam Respublikası Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar atəşkəs razılaşmasını müsbət qarşılayır.

Yenisabah.az xəbər verir ki, bunu İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi özünün Twitter səhifəsində yazıb.

M.Vaezinin sözlərinə görə, İran bu münaqişənin beynəlxalq qaydalar, o cümlədən ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunacağına inanır. Pepperoni pizza

Vaezi əlavə edib ki, İran müharibənin başa çatmasına sevinir və əldə olunan razılaşmanın icra olunacağına ümid edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!