İran atom silahı yaradacaqmı? - XİN-dən cavab

saytların hazırlanması

Evə çatdırılma

İran atom silahı yaradacaqmı? - XİN-dən cavab

Dünya

04 Noyabr 2024 12:38 375


Kütləvi qırğın silahlarının rədd edilməsi və İranın nüvə proqramının dinc xarakter daşıması ilə bağlı rəsmi mövqeyimiz kifayət qədər aydındır.

Yenisabah.az Təsnim-ə istinadla xəbər verir ki, bunu İran XİN-in mətbuat katibi İsmayıl Bəqai deyib.

O, Kamal Xərrazinin "Al Mayadeen" kanalına müsahibəsində İranın öz nüvə doktrinasına yenidən baxa biləcəyi iddiasına münasibət bildirib: Dominos pizza

Bəqai əlavə edib: "Ali Rəhbərin (Ayətullah Xamnəi - red.) son çıxışında İranı müdafiə etmək üçün lazım olan hər şeylə təchiz olunacağımızı vurğulayıb".

XİN sözçüsü İrana mesaj göndərilməsi ilə bağlı sualın cavabında deyib: "İlk növbədə, Qəzza və Livanda təhlükəsizlik və soyqırımın güclənməsinin qarşısını almaq üçün bütün qonşu və dost ölkələrin səylərini dəstəkləyirik.

O cümlədən Türkiyənin sionist rejimə silah satışını qadağan edən çağırışını dəstəkləyirik. ABŞ-ın mesajlarını Tehrana çatdırmaq üçün isə İsveçrə səfirliyi məsuliyyət daşıyır".

Xatırladaq ki, bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ və İsrailin mesajlarını İran çatdırıldığını bildirib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!