İran da Zəngəzur dəhliznin açılmasına tərəfdardı - Səfir

saytların hazırlanması

Evə çatdırılma

İran da Zəngəzur dəhliznin açılmasına tərəfdardı - Səfir

Siyasət

15 İyul 2024 10:16 525


“İranın mövqeyi ondan ibarətdir ki, biz sərhəd blokadasının açılmasının əleyhinə deyil, tərəfdarıyıq”. 

Yenisabah.az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani “Azatutyun”a müsahibəsində Zəngəzur dəhlizi barədə suala cavab verərəkən bildirib. 

“Siz Azərbaycan və Türkiyə ilə qonşusunuz, hər zaman düşmənçilik edə bilməzsiniz və bir gün onlarla bu məsələləri həll edəcəksiniz. Münasibətlər nizamlananda isə sərhədlərin açılması təbiidir. Biz Ermənistanın suverenliyi altında sərhərlərin açılmasının tərəfdarıyıq. Və bu, regionun bütün ölkələrinə şamil edilməlidir. İndi bizim Naxçıvanla sərhədimiz var və Culfadan İrəvanla dəmir yolu ilə, Şahtaxtıdan Yeraşxa (Arazdəyən-red.) və İrəvana qədər avtomobillə əlaqə saxlaya bilərik…  pizza

Amma yol açılsa, (Azərbaycanı Naxçıvanla birləşdirən Zəngəzur dəhlizini nəzərdə tutur-red.) hamı ondan istifadə edəcək. Bu, təkcə şərq-qərb istiqamətinə deyil, həm də şimal-cənub istiqamətinə aiddir. Amma blokadanın açılması ölkələrin milli suverenliyi çərçivəsində həll edilməlidir. Heç kim öz ərazisində qanunlarının pozulmasına icazə vermir, bu, beynəlxalq hüquqa ziddir və burada dividentlər olmamalıdır. Və faydalar hər kəsə şamil edilməlidir”, - səfir deyib. 

Mehdi Sobhani bildirib ki, İranın həm Azərbaycan, həm də Ermənistanla yaxşı münasibətləri var və Tehran bu yaxşı münasibətlərdən istifadə edərək səy göstərir ki, regionda yeni müharibə olmasın: 

“Diplomatiya problemləri həll etməyin ən yaxşı yoludur. Niyə biz müharibəni gözləyək, sonra diplomatiyaya başlayaq? Biz problemləri sülh yolu ilə həll etmək üçün bütün potensialımızdan istifadə etməyə hazırıq. Biz bunu qeyri-sabitlikdən əziyyət çəkə bilən, sabitlikdən faydalana bilən ölkə kimi deyirik”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!