"İranın Dünya çempionatından (DÇ) uzqlaşdırılması mümkün deyil".
Yenisabah.az xəbər verir ki, bunu "Aut.az" saytının baş redaktoru Natiq Muxtarlı bildirib.
Qeyd edək ki, Ukrayna rəsmi şəkildə FIFA-ya mraciət edərək İran yığmasının DÇ-dən kənarlaşdırılmasını tələb edib. Rəsmi Kiyev bunu İslam Respublikasının Rusiyaya hərbi köməyi ilə əsaslandırıb. pizza sifarişi
Bu il noyabr-dekabr aralığında keçiriləcək DÇ-də İran millisi ABŞ və İngiltərə ilə eyni qrupda təmsil olunub.
Natiq Muxtarlının sözlərinə görə, Ukraynanın tələbi ancaq və ancaq siyasi çağırışdır:
"FİFA nəyi əsas gətirib bu addımı atmalıdır?!
1992-ci ildə keçirilən Avropa çempionatından əvvəl belə hal olub. Həmin vaxt keçmiş Yuqoslaviya turnirdən kənarlaşdırlıb, onun yerini isə Danimarka tutub. Ancaq həmin vaxt BMT Yuqoslaviyaya qarşı sanksiya tətbiq etmişdi. UEFA da məhz bu sanksiyaların təsiri, BMT-nin, xüsusən də ABŞ-ın və Avropanın nəhəng dövlətlərinin təzyiqi ilə bunu etdi. İndi İrana qarşı BMT sanksiyası yoxdursa, FIFA Ukraynanın tələbi ilə bunu edə bilməz.
Əgər belə hal olarsa, onda qaydalara görə, milli komandaların reytinq siyahısında öndə olan ölkə çempionata buraxılmalıdır. Məsələn, Tunis hakimiyyətinin ölkənin futbol federasiyasının işinə müdaxiləsi ilə bağlı məlumat yayılmışdı. FIFA dərhal xəbərdarlıq etdi ki, əgər belə hal olarsa, Tunis dünya çempionatından xaric ediləcək.
Belə olsaydı, onun yerini milli komandaların reytinq siyahısında öndə olan İtaliya millisi tutmalı idi. Amma Tunis hakimiyyəti geri çəkildi və bu ölkənin yığması DÇ-də iştirak edəcək. Çağırışlara baxmayaraq, İran yığması da rahatlıqla mundiala hazırlaşa bilər. İranın DÇ-dən uzaqlaşdırılması aktual deyil".
Telegram kanalımız