İran müdafiəsiz qaldı - Bütün sistemlər məhv edildi

saytların hazırlanması

Evə çatdırılma

İran müdafiəsiz qaldı - Bütün sistemlər məhv edildi

Dünya

29 Oktyabr 2024 21:28 5109


İsrail ordusunun İrana hava hücumu zamanı üç S-300 zenit-raket kompleksi məhv edib.

Yenisabah.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Rusiyanın İrana verilmiş dörd kompleksdən üçü həmin hücumda, biri isə apreldə məhv edilib. pizza hut

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) məlumatına görə, S-300-lərdən biri Tehran hava limanı yaxınlığında, digər ikisi isə enerji obyektlərində yerləşdirilmişdi.

İranın arsenalındakı S-300 sistemləri 1990-cı illərin sonlarında modernləşdirilmiş kompleksin versiyaları idi.

ABŞ analitiklərinin fikrincə, S-300 komplekslərinin itirilməsi ilə İranın bir çox mühüm obyektləri raket hücumuna qarşı müdafiəsiz qalır./Teleqraf.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!