İran müxtəlif cavab tədbirləri hazırlayır

saytların hazırlanması

Evə çatdırılma

İran müxtəlif cavab tədbirləri hazırlayır

Dünya

25 Oktyabr 2024 09:30 422


İranın İsrailin mümkün zərbəsinə reaksiyası onun şiddətindən asılı olacaq.

Yenisabah.az “The New York Times”a istinadla xəbər verir ki, bunu  məlumatlı mənbələr deyib.

4 İran rəsmisinin sözlərinə görə, İranın Ali dini lideri Ayətullah Xamnəi orduya İsrailin hücumuna cavab vermək üçün çoxsaylı hərbi planlar hazırlamağı əmr edib. Sezar pizza

ABŞ nəşrinin həmsöhbətləri qeyd ediblər ki, İranın cavabının miqyası əsasən İsrailin hücumlarının şiddətindən asılı olacaq.

İsrail öz hücumlarını raket və pilotsuz təyyarələrin saxlandığı bir neçə hərbi baza və anbarla məhdudlaşdırarsa, İran heç nə eməyə bilər. Lakin İsrailin zərbəsi əhəmiyyətli ziyana və çoxsaylı insan tələfatına səbəb olarsa, İran cavab verəcək. Bu siyahıya neft və enerji infrastrukturu və ya nüvə obyektləri, habelə yüksək vəzifəli məmurlar daxildir.

Minə qədər ballistik raketin buraxılması, İran silahlı qruplarının bölgədə hücumlarını artırması, Fars körfəzi və Hörmüz boğazı vasitəsilə qlobal enerji təchizatı və gəmilərin hərəkətinin dayandırılması cavab tədbirləri kimi qiymətləndirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!