Bu gün bəzi xəbər kanalları İran silahlı qüvvələrinin Pakistandakı terror qruplaşmalarının qərargahlarına raket və pilotsuz təyyarələrlə hücum etməsi barədə məlumat yayıb.
Yenisabah.az Noornews-a istinadla xəbər verir ki, Tehrandakı etibarlı mənbə bu məlumatları təkzib edib.
O deyib: "Bu xəbərlər rəsmi Tehran və İslamabad arasında dostluq münasibətlərinə xələl gətirmək məqsədi ilə yayılır. Sərhəd bölgələrində terrorçu qrupların müəyyən edilməsi və onlarla mübarizədə iki ölkə birgə səylər göstərir. Sərhədçilər, eləcə də Pakistanın hərbi və təhlükəsizlik qüvvələri arasında səmərəli koordinasiya mövcuddur. İran və Pakistan sərhədlərin təhlükəsizliyini qorumaq və silahlı terror ünsürlərlə mübarizə aparmaq üçün əməkdaşlığı davam etdirir. Dördpendirli pizza
Telegram kanalımız