"İran İslam Respublikasının siyasəti, Azərbaycan Respublikası da daxil olmaqla, bütün qonşuları ilə əlaqələri gücləndirməkdir".
Yenisabah.az IRNA -ya istinadla xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri Vahid Cəlalzadə bildirib.
Onun sözlərinə görə, ölkənin şimal-qərbində keçirilmiş "Xeybər Fatehləri" hərbi təlimləri qonşu ölkələrin ərazi bütövlüyünü, təhlükəsizliyini və əmin-amanlığı təhdid etmir, əksinə, region ölkələri arasında əməkdaşlığın vacibliyinə vurğudur. Pepperoni pizza
"İran İslam Respublikası geosiyasi dəyişikliklər üçün Qafqazda trans-regional müdaxilələrinə dözmür. Milli maraqların təmin edilməsi, gərginliyin aradan qaldırılması və bölgədənkənar güclərin, xüsusən də sionist rejimin (İsrail - red.) sui-istifadəsinə yol verməmə üçün onların məkanın məhdudlaşdırılması nəzərə alınmalı olan məsələlərdir."
Telegram kanalımız