İran parlamentinin sədri özünün idarə etdiyi təyyarə ilə Livana uçdu 

saytların hazırlanması

Evə çatdırılma

İran parlamentinin sədri özünün idarə etdiyi təyyarə ilə Livana uçdu 

Dünya

12 Oktyabr 2024 13:54 1019


İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf Livan rəsmiləri ilə görüşmək və İsrailə qarşı müqavimət hərəkatını dəstəkləmək üçün Beyruta gedib. 

Yenisabah.az İran KİV-nə istinadən xəbər verir ki, Qalibaf təyyarənin idarəetmə sükanı arxasında əyləşməklə sosial mediada diqqət çəkib. 

İran mediası yazır ki, SEPAH-ın Hərbi Hava Qüvvələrinin keçmiş komandanı kimi tanınan Məhəmməd Qalibaf Airbus təyyarələrinin pilot diplomuna malikdir.  Dominos pizza

O, ara-sıra sərnişin təyyarələrini idarə edir. Parlament sədri Düşənbə səfərində olduğu kimi, bu gün də hava gəmisini özü idarə edərək Livana gedib. 

Qalibaf Livandan Beynəlxalq Parlamentlərarası Assambleyada iştirak etmək üçün Cenevrəyə gedəcək. 

Sabah başlayacaq Beynəlxalq Parlamentlərarası Assambleyada müzakirələrin mühüm hissəsi İsrailin Livan və Fələstinə qarşı hərbi əməliyyatları ilə bağlı olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!