İran Prezidentinin xüsusi elçisindən Qarabağ açıqlaması

saytların hazırlanması

Evə çatdırılma

İran Prezidentinin xüsusi elçisindən Qarabağ açıqlaması

Siyasət

28 Oktyabr 2020 15:28 1331


İranın Xarici İşlər nazirinin müavini, İran Prezidentinin xüsusi elçisi Abbas Əraqçi Bakıya səfəri ərəfəsində Qarabağda döyüşlərin dayandırılması və daimi sülhün bəarpa edilməsilə bağlı Tehranın təşəbbüsündən danışıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb. Əraqçi deyib ki, Bakıya səfəri Qarabağ münaqişəsinin həllinə dair İranın hazırladığı planın müzakirə edilməsi ilə bağlıdır. “Azərbaycan ərazilərinin işğalına son qoyulmalı, insan hüquqları və azlıqların hüquqlarının müdafiəsi İranın hazırladığı planın əsas amilləridir”, - deyə iranlı diplomat vurğulayıb.

O əlavə edib ki, plan mərhələli şəkildə həyata keçirilə bilər. Əraqçi həmçinin bildirib ki, hərbi əməliyyatların dayandırılması və aparıcı ölkələrin iştirakı ilə danışıqlara başlanılması da İranın planının ayrı istiqamətidir. Diplomatın sözlərinə görə, İran region ölkələri ilə bu barədə məsləhətləşləmələr aparmaq niyyətindədir. pizza mizza

Əraqçi qeyd edib ki, İran və Azərbaycan dost ölkələrdir və Tehran Bakının işğal olunmuş əraziləri azad etmək səylərini dəstəkləyir. “Azərbaycan və digər ölkələrin ərazi bütövlüyü və sərhədlərin dəyişməzliyi mübahisə mövzusu deyil”, - deyə İran Prezidentinin xüsusi elçisi vurğulayıb.

Abbas Əraqçi artıq Bakıdadır və onun Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla təması baş tutub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!