İran qaçırılan Ukrayna təyyarəsi barədə: “Məşhəd hava limanına enib...“

saytların hazırlanması

Evə çatdırılma

İran qaçırılan Ukrayna təyyarəsi barədə: “Məşhəd hava limanına enib...“

Dünya

24 Avqust 2021 12:23 1212


İranın Mülki Aviasiya İdarəsi Ukrayna təyyarəsinin qaçırılaraq İslam Respublikasına üz tutmasını təkzib edib.

Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, İdarənin mətbuat xidməti bu iddiaya mənfi cavab verib.

"Dünən (avqustun 23-də - red.) bir Ukrayna təyyarəsi yanacaq doldurmaq üçün Məşhəd hava limanına gəlib və yanacaq doldurduqdan sonra Ukraynanın Kiyev şəhərinə yola düşüb", - deyə Mülki Aviasiya İdarəsinin sözçüsü Məhəmməd Həsən Zibəxş qeyd edib. Dördpendirli pizza

Ukrayna xarici işlər nazirinin müavini Yevgeni Yenin "Gromadske Radio"ya (İctimai Radio) müsahibəsində ötən həftənin Bazar günü Ukrayna vətəndaşlarını təxliyə etmək üçün Kabilə gələn Ukrayna təyyarəsini naməlum şəxslərin qaçırdığını bildirib.

Onun sözlərinə görə, hava gəmisi İrana üz tutub.

Yevgeni Yenin Ukrayna vətəndaşlarının Əfqanıstandan təxliyəsi üçün daha bir neçə cəhdin olduğunu dilə gətirib.

İranın Mülki Aviasiya İdarəsi qaçırılan təyyarə ilə bağlı müvafiq araşdırmanın aparılacağını bildirib.

Eyni zamanda, Ukrayna XİN-in mətbuat katibi Olrq Nikolenko Ukrayna təyyarəsinin İrana qaçırılması xəbərini təkzib edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!