İran qonşu ölkəyə elektrik ixracını dayandırdı

saytların hazırlanması

Evə çatdırılma

İran qonşu ölkəyə elektrik ixracını dayandırdı

Dünya

10 Avqust 2021 17:56 1025


İran İraqa elektrik enerjisi ixracını dayandırır.

Yenisabah.az "Fars News"a istinadla xəbər verir ki, bu ölkənin özündə elektrik çatışmazlığı ilə bağlıdır.

İranın Elektrik Paylama Şirkətinin icraçı direktoru Mustafa Rəcəbi Məşhadinin sözlərinə görə, Əfqanıstana ixrac da azalacaq.  Dördpendirli pizza

İcraçı direktor qeyd edib ki, ötən il ölkə təxminən 2 min meqavat elektrik enerjisi ixrac edib, bu il daxili ehtiyaclara görə ixrac 150 meqavata endirilib.

İranın enerji təchizatı vəziyyəti bu yay daha da gərginləşib və bütün ölkədə müntəzəm olaraq işıqların kəsilməsinə səbəb olub.

Problem bir neçə dəfə şəhərlərdə etiraz aksiyaları doğurub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!