İran qüvvələri Suriyanı nə vaxt tərk edib? - İddia

saytların hazırlanması

Evə çatdırılma

İran qüvvələri Suriyanı nə vaxt tərk edib? - İddia

Dünya

07 Yanvar 2025 12:06 342


Dəməşqdə hakimiyyət silahlı Suriya müxalifətinə keçdikdən sonra İranyönlü silahlı qüvvələrin əsas hissəsi Suriyanı tərk edib.

Yenisabah.az “The Wall Street Journal”a (WSJ) istinadla xəbər verir ki, bu barədə mənbələr danışıb.

Amerika, Avropa və Ərəb rəsmiləri bildiriblər ki, dekabrda Suriya prezidenti Bəşər Əsəd rejiminin süqutundan sonra İran qüvvələri Suriyadan böyük ölçüdə geri çəkilib. Dominos pizza

Mənbələr deyirlər ki, müxalifət Dəməşqdə hakimiyyəti ələ keçirərkən minlərlə iranpərəst döyüşçü hələ də Suriyada, əsasən ölkənin şərqində, bəziləri də Dəməşqdə idi. Onların əsas qüvvəsi, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") zabitləri daha sonra İraqla sərhəddə yerləşən Əl-Qaim şəhərinə hərəkət ediblər. Dəməşqdə olan bəzi iranlılar Tehrana uçub, "Hizbullah" döyüşçüləri isə Livana geri çəkilib.

Qərb diplomatları qeyd ediblər ki, geri çəkilmə zamanı İran hərbçiləri və müttəfiqləri Suriyada xeyli miqdarda silah və hərbi texnika qoyublar. Sonradan ya İsrail tərəfindən dağıdılıb, ya da "Heyət Təhrir əl-Şam"və digər qrupların əlinə keçib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!