Rusiya Rəşt-Astara dəmir yoluna sərmayə qoymaq barədə hələ bir qərara gəlməyib.
Yenisabah.az ILNA-ya istinadla xəbər verir ki, bunu İran parlamentində tikinti komissiyasının rəhbəri Məhəmmədreza Rezayi Koçi deyib.
Onun sözlərinə görə, Rəşt-Astara dəmir yolu layihəsi mühüm strateji layihədir, lakin görünən odur ki, Rusiya zəruri resursların təmin edilməsi məsələsində problemlərlə üzləşib: Toyuqlu pizza
164 km uzunluğunda olan dəmir yolu xəttinin tikintisinə dair kommersiya və yekun müqavilə 2024-cü ildə imzalanmalı idi. Lakin Rəşt-Astara dəmir yolunun marşrutu və xəritəsi ilə bağlı mübahisələr yaranıb. Bir müddət sonra İran və Rusiya nümayəndələri arasında bu fikir ayrılıqlarının aradan qaldırıldığı açıqlansa da, layihə üzrə yekun müqavilənin imzalanması ləngiyir.
Təəssüf ki, Rusiya hələ də son qərara gəlməyib, baxmayaraq ki, ilkin danışıqlar tamamlanıb. Gecikmənin İranın ucbatından olmadığı aşkar olsa da, Rusiyanın layihədə texniki iştirakı müəmma olaraq qalır. Danışıqlarda əsas məsələ Rəşt-Astara dəmir yolu layihəsinin yekun qiyməti və bu layihənin icrası yoludur", - deyə Rezayi Koçi vurğulayıb.
O əlavə edib: "Rusiya Ukrayna müharibəsində iştirak etdiyi üçün bəlkə də onun Rəşt-Astara dəmir yolu layihəsinə sərmayə yatırmaq motivasiyası azalıb".
Telegram kanalımız