İran səfiri Azərbaycan XİN-dən çıxdı -   Etiraz notası verildi

saytların hazırlanması

Evə çatdırılma

İran səfiri Azərbaycan XİN-dən çıxdı - Etiraz notası verildi

Siyasət

05 Mart 2026 14:32 435


İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu martın 5-də Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və rəsmi Bakının etiraz notası təqdim edilib.

Bunu “Yeni Sabah”a açıqlamasında nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, Naxçıvan Muxtar Respublikasına dron hücumlarına görə Azərbaycan dövlətinin İrana kəskin etirazı diplomatın nəzərinə çatdırılıb və ona müvafiq etiraz notası təqdim edilib. Dördpendirli pizza

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkəkabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb. Nəticədə 2 nəfər xəsarət alıb.

İlhamə Qasımlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!