İran Təhlükəsizlik Şurasından   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

İran Təhlükəsizlik Şurasından AÇIQLAMA

Dünya

28 Fevral 2026 13:41 444


İran bütün ictimai ehtiyacları qarşılayacaq.

“Yeni Sabah” xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurası açıqlama yayıb.

Açıqlamada deyilib: Sezar pizza

“İran İslam Respublikası hökuməti artıq bütün ictimai ehtiyacları ödəmək üçün tədbirlər görüb və zəruri malların təchizatı ilə bağlı heç bir narahatlıq yoxdur. Məktəblər və universitetlər növbəti xəbərdarlığa qədər bağlı qalacaq. Banklar İran xalqına xidmət göstərməyə davam edəcək. Hökumət idarələri hələlik 50% güclə işləyəcək. İran İslam Respublikasının Silahlı Qüvvələri bu düşmənçilik hərəkətlərinə qətiyyətli cavab verməyə başlayıb və əziz xalqı davamlı olaraq məlumatlandıracaq”.

İran Ali Milli Təhlükəsizlik Şurası rəsmi açıqlamasında qeyd olunub ki, İran İslam Respublikası Silahlı Qüvvələri ölkəni məhv etməyə çalışanlara qarşı cavab əməliyyatına başlayıb:

“Düşmən İranın boyun əyəcəyinə inanır, lakin gerçəklər tamamilə fərqli olacaq”.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!