İran Aban ayının əvvəlindən (23 oktyabr-21 noyabr) turist vizası verməyə başlayacaq.
Yenisabah.az "Mehr News"a istinadla xəbər verir ki, bu barədə İranın turizm naziri İzzətullah Zərqami məlumat yayıb.
O, xarici turistlər üçün 20 aylıq səyahət qadağasının oktyabrın 23-dən sona çatacağını bildirib. Dördpendirli pizza
Zərqaminin sözlərinə görə, turizm sənayesini yaxşılaşdırmaq üçün administrasiyanın digər qurumları ilə koordinasiya aparılıb.
Eyni zamanda, nazir pandemiyadan əvvəl də turizm sahəsinin yaxşı vəziyyətdə olmadığını qeyd edib:
"Turizm sahəsindəki problemləri həll etmək üçün iqtisadiyyatın bütün sektorları maneələri aradan qaldıraraq güclərini birləşdirməlidir".
Telegram kanalımız