İran və ABŞ arasında martın əvvəlində saziş imzalana bilər

saytların hazırlanması

Evə çatdırılma

İran və ABŞ arasında martın əvvəlində saziş imzalana bilər

Siyasət

22 Fevral 2026 14:04 489


İran və ABŞ Tehrana qarşı tətbiq edilən sanksiyaların nüvə proqramına məhdudiyyətlər müqabilində aradan qaldırılmasının miqyası və mexanizmlərini fərqli qiymətləndirirlər.

"Yeni Sabah" xəbər verir ki, bunu yüksəkvəzifəli İran rəsmisi "Reuters" agentliyinə müsahibəsində bildirib.

O həmçinin əlavə edib ki, danışıqların yenidən bərpası mart ayının əvvəlinə planlaşdırılıb və bu mərhələdə aralıq sazişi imzalana bilər. pizza mizza

Vurğulanıb ki, Tehran yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsini ixrac etməyi, onun səviyyəsini aşağı salmağı və regional uran zənginləşdirmə konsorsiumu yaratmağı ciddi şəkildə nəzərdən keçirə bilər.

Lakin, bunun müqabilində İranın "dinc məqsədlərlə uran zənginləşdirməsi" hüququ tanınmalıdır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!