İran və Türkiyə ikitərəfli ticarəti genişləndirmək üçün Anlaşma Memorandumu imzalayıb.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, hər iki ölkə növbəti 5 il ərzində ticarət dövriyyəsinin həcmini 30 milyard dollara çatdırmağı hədəfləyib.
Razılaşma Tehranda keçirilən Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 29-cu iclası zamanı İranın yol və şəhərsalma naziri və Türkiyənin ticarət nazirinin iştirakı ilə imzalanıb. Dominos pizza
Hazırda iki ölkə arasında ticarət dövriyyəsi 11,7 milyard dollar təşkil edir.
Telegram kanalımız