İran vitse-prezidenti COP29-a dair təəssüratlarını bölüşdü

saytların hazırlanması

Evə çatdırılma

İran vitse-prezidenti COP29-a dair təəssüratlarını bölüşdü

Dünya

15 Noyabr 2024 12:14 488


"Cənab İlham Əliyevlə görüş bu səfərin mühüm təmaslarından biri oldu".

Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bunu İranın vitse-prezidenti və Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəhbəri Şina Ənsari bildirib.

O, Bakıda keçirilən COP29 sammitinə dair təəssüratlarını bölüşüb. pizza sifarişi

Xanım Ənsari panellərdəki çıxışlar və görüşləri barədə hesabat verərkən Azərbaycan Respublikasının dövlət başçısı ilə görüşü xüssusi vurğulayıb: "Cənab İlham Əliyevlə görüş bu səfərin mühüm təmasalarından biri oldu. Bu görüşdə o, Xəzər dənizi, Araz çayının çirklənməsi və digər ekoloji problemləri müzakirə etməklə yanaşı, məndən xüsusi olaraq Azərbaycan hökumətinin dostluq və mehribanlıq mesajını ölkəmizin prezidentinə çatdırmağı xahiş etdi". 

İran vitse-prezidenti Azərbaycan baş nazirin müavini və Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının sədri Şahin Mustafayevin İrana son səfəri, habelə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və s. istiqaamətlərdə əməkdaşlığının gücləndirilməsi istəyini vurğulayıb. 

"Bakıya 3 günlük səfərimiz başa çatdı, lakin biz Tehrana qayıdanda bu danışıqların nəticələrinin icrasını diqqətlə izləyəcəyik”, - deyə Şina Ənsari sonda qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!