İran XİN rəhbəri Bakıya gəlmək istəyir

saytların hazırlanması

Evə çatdırılma

İran XİN rəhbəri Bakıya gəlmək istəyir

Dünya

07 Oktyabr 2021 15:08 1020


İranın xarici işlər naziri Hüseyin Əmir Abdullahian mehriban qonşuluq jesti olaraq Azərbaycan və Ermənistanın paytaxtlarını səfər etməyə hazırdır.

Yenisabah.az xəbər verir ki, o, bunu "Rossiya-24" telekanalına müsahibəsində bildirib.

Abdullahianın sözlərinə görə, qonşu ölkələrlə əlaqələrin inkişafı İranın yeni hökumətinin əsas prioritetlərindən biridir. Toyuqlu pizza

“Azərbaycan və Ermənistan bizim yaxşı qonşularımızdır və onlardan biri ilə əməkdaşlıq edib digərinə qarşı hərəkət edə bilmərik. Xarici siyasətimiz balanslıdır. İki gün əvvəl vəzifədaşım, Ermənistanın xarici işlər naziri Tehrana səfər edib. Azərbaycanlı vəzifədaşımızın da İrana da səfər etmək imkanı olsaydı, çox yaxşı olardı”, - deyən İran XİN rəhbəri belə bir fürsət yaranan kimi özü də yaxşı qonşuluq jesti olaraq İrəvanı və Bakını ziyarət edəcəyini vurğulayıb.

O, BMT Baş Assambleyası çərçivəsində azərbaycanlı həmkarı ilə  görüş keçirdiyini də xatırladıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Kamilov Samir Mirzaman
    Hansı üzlə və hansı səbəbdən. Utanmasan oynamağa nə var ki?
    5 years ago