İran XİN: Trampla danışıqlara hazırıq

saytların hazırlanması

Evə çatdırılma

İran XİN: Trampla danışıqlara hazırıq

Dünya

18 Noyabr 2024 17:24 474


İran ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası ilə danışıqlara hazırdır, lakin əlavə sanksiyalar tətbiq olunarsa, güzəştə getməyəcək.

Yenisabah.az Mehr-ə istinadla xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi deyib.

O bildirib: "Danışıqlara gəlincə, ABŞ-ın gələcək siyasətini izləməli və buna uyğun hərəkət etməliyik. İndi əsas məsələ yeni administrasiyanın İrana, nüvə probleminə, regionda təhlükəsizlik məsələlərinə hansı yanaşmasından asılıdır". pizza hut

Nazir müavini sözlərinə görə, Tehran danışıqlara hazırdır, lakin Vaşinqton ölkəyə “maksimum təzyiq” etmək qərarına gəlsə, güzəştə getməyəcək:

"Biz sanksiyalardan yan keçməyə, ticarət tərəfdaşlarımızı şaxələndirməyə və sülhü qorumaq üçün region ölkələri ilə əlaqələri gücləndirməyə davam edəcəyik".

Təxt-Rəvançi vurğulayıb ki, Tramp yenidən İran neftinə qarşı sərt sanksiyalar tətbiq etməyə cəhd etsə, istədiyi effekti əldə edə bilməyəcək, çünki “bu gün dünyanın heç bir ölkəsi beynəlxalq ictimaiyyətə şərtlər diktə edə bilməz”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!