İran XİN Uitkoffun yalanını üzə çıxartdı

saytların hazırlanması

Evə çatdırılma

İran XİN Uitkoffun yalanını üzə çıxartdı

Dünya

03 Mart 2026 14:40 284


Nüvə müzakirələri ilə bağlı yayılan iddialar yalandır.

"Yeni Sabah" IRIB-ə istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

“Danışıqların son mərhələsində ABŞ-ın bizə müəyyən təkliflər etməsi və bizim onu qəbul etməməyimizlə bağlı iddialar yalandır. Ümumiyyətlə, danışıqlar prosesi ilə bağlı irəli sürülən bütün iddialar yalandır”, - Bəqai vurğulayıb. Pepperoni pizza

Bundan əvvəl ABŞ nümayəndəsi Stiven Uitkoff danışıqlar prosesində Tehranın bir çox təklifləri rədd etdiyini bildirib. Onun sözlərinə görə, İranan 10 il müddətinə zənginləşdirmədən imtina əvəzinə maliyyə təklif olunub. Uitkoff əlavə edib ki, guya İslam Respublikası donanmasını və raket arsenalını məhv etməyə də əvvəlcə razılaşıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!