İran yığması ilk dəfə Avropa millisinə qalib gəldi

saytların hazırlanması

Evə çatdırılma

İran yığması ilk dəfə Avropa millisinə qalib gəldi

İdman

25 Noyabr 2022 17:00 805


İran millisi tarixində ilk dəfə dünya çempionatlarında Avropa təmsilçisinə qalib gəlib.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, Asiya komandası Qətərdə keçirilən mundialın II turunda Uelsi iki cavabsız qolla üstələməklə buna nail olub.

İran turnir tarixində üçüncü qələbəsini qazanıb. Cənub qonşumuz daha əvvəl 1998-ci ildə ABŞ-ı 2:1, 2018-ci ildə Mərakeşi 1:0 hesabı ilə üstələyib. pizza

Yığmanın hücumçusu Serdar Azmun indiyədək DÇ-2022-də dirəyə ən çox zərbə endirən oyunçudur. 27 yaşlı forvard İngiltərə 2:6 hesabı ilə uduzduqları ilk tur matçında və Uelslə görüşdə topu dirəyə vurub.

O, ümumilikdə 9 dəfə qapıya zərbə vurub, bunun 4-ü çərçivəyə düşüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!