İranda 6 siyasətçinin ölkə prezidenti postuna namizədliyi təsdiqləndi

saytların hazırlanması

Evə çatdırılma

İranda 6 siyasətçinin ölkə prezidenti postuna namizədliyi təsdiqləndi

Siyasət

09 İyun 2024 18:24 435


İran Konstitusiyasının Keşikçilər Şurası prezident seçkilərində iştirak edə biləcək altı siyasi xadimin namizədliyini təsdiqləyib.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, növbədənkənar seçkilərdə iştirak hüququ Məclisin (parlamentin) sədri Məhəmməd Baqir Qalibaf, Tehran meri Əlirza Zəkani, İslam Respublikasının Təhlükəsizlik Şurasındakı ruhani liderinin nümayəndəsi Səid Cəlili, prokuror və keçmiş ədliyyə naziri Mostafa Purmohammadi, Məclis sədrinin keçmiş müavini Əmir Hüseyn Qazizadə Haşimi və parlament üzvü Məsud Pezeşkiana verilib. Pepperoni pizza

İranın iki tanınmış siyasətçisi – eks-prezident Mahmud Əhmədinejad və parlamentin keçmiş spikeri Əli Laricani seçki yarışından imtina ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!