İranda son gündə COVID-19-dan 458 nəfər ölüb.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bununla da virusdan ölənlərin ümumi sayı 93.086-ya çatıb.
İslam Respublikasının Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin hesabatına görə, son 24 saatda 34.913 yeni yoluxma müəyyən edilib. Xəstələrin 4.381-i xəstəxanalara yerləşdirilib. Dördpendirli pizza
Ölkədə COVID-19 pandemiyası başlayandan bəri yoluxanların ümumi sayı 4 milyon 92 min 671 nəfərə çatıb. İndiyədək 3.492.468 xəstə sağalıb.
Hazırda koronavirusa görə İranda 285 şəhər qırmızı, 110 şəhər narıncı, 53 şəhər sarı rejimdədir.
Telegram kanalımız