Bu gün İranın Kazerun şəhərində Cümə namazı qıldıqdan sonra bu şəhərin imam-cüməsi höccətül-İslam Məhəmməd Səbahi qətlə yetirilib.
Yenisabah.az shahraranews-a istinadla xəbər verir ki, sui-qəsddən dərhal sonra qatil intihar edib.
Kazerunun imam-cüməsi xəstəxanaya aparıldıqdan sonra dünyasını dəyişib. Marqarita pizza
Hücumun motivi hələlik müəyyən edilməyib.
Məhəmməd Səbahi 5 il əvvəl bu şəhərə dini rəhbər təyin olunub. Ondan əvvəlki imam-cümə Məhəmməd Xorsənd də dini mərasimdən qayıdarkən qətlə yetirilib.
Telegram kanalımız