İranda ordu və İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) hava hücumundan müdafiə (HHM) və aviasiya birliklərinin "Vilayət Asimanının Müdafiəçiləri-1400" adı altında birgə təlimi keçirilir.
Yenisabah.az "Təsnim"ə istinadla xəbər verir ki, hələ təlimdən əvvəl "Xatəmül-Ənbiya" hava hücumundan müdafiə (HHM) bazasının komandanı, briqada generalı Qadir Rəhimzadə qoşunların praktiki hərəkətlərini yerinə yetirmək üçün mərhələnin ölkənin mərkəzi hissəsinin çöl bölgələrində olacağını bildirib.
Təlimə Hərbi Hava Qüvvələri və İİKK-nin Aerokosmik Qüvvələri ilə yanaşı, PUA-lar da cəlb olunub. Məqsəd vacib obyektlərin müdafiəsində bölmələrin döyüş hazırlığını artırmaq, həmçinin elektron müharibə və kibermüharibə şəraitində idarəetmə mərkəzlərinin, HHM qüvvələrinin və aktivlərinin döyüş aviasiyası ilə ümumi fəaliyyətini və qarşılıqlı fəaliyyətini qiymətləndirməkdir. pizza
Hərbi təlim İranın nüvə sənayesi müəssisələrinin çoxunun cəmləşdiyi bölgədə baş tutub.
Telegram kanalımız