İranda son 24 saatda COVID-19-dan 536 nəfər ölüb.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.
Bununla da ölümlərin ümumi sayı 95.647-ə çatıb. Dördpendirli pizza
Bununla bərabər, ölkədə 42.541 yeni koronavirus xəstəsi təsbit edilib, onlardan 4.865-i xəstəxanaya yerləşdirilib.
İranda COVID-19 xəstələrinin ümumi sayı 4 milyon 281 min 217 nəfərə olub.
İndiyə qədər 3.618.224 xəstə sağalıb, 6.932 nəfər reanimasiya şöbələrində müalicə olunur.
Telegram kanalımız