İranda kritik durum: Beş günlük lokdaun elan edildi

saytların hazırlanması

Evə çatdırılma

İranda kritik durum: Beş günlük lokdaun elan edildi

Dünya

15 Avqust 2021 07:47 969


İranda koronavirusla əlaqədar vəziyyətin ağırlaşması səbəbindən beş günlük lokdaun elan edilib, həmçinin əyalətlər arasında hərəkətə qadağa qoyulub. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə respublikanın koronavirusun yayılmasına qarşı mübarizə üzrə milli qərargahının rəsmi nümayəndəsi Alireza Raisi məlumat verib. Məlumata görə, bütün qurumlarda, ofislərdə və banklarda işlər dayanacaq.

Qeyd edək ki, bu günə kimi İranda 4,4 milyon koronavirusa yoluxma halı aşkarlanıb. 97,2 min nəfər xəstəlik səbəbindən dünyasını dəyişib. Ümumilikdə 18,5 milyon insan peyvənd olunub. İyunun əvvəlindən bəri İranda yeni yoluxma hallarının artımı müşahidə olunur. İranın Səhiyyə naziri Səid Namaki iyulun 27 -də bildirib ki, ölkə koronavirusun yayılmasının beşinci dalğasının zirvəsindədir. Toyuqlu pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!