İranda nə baş verir?

saytların hazırlanması

Evə çatdırılma

İranda nə baş verir?

Hadisə

20 Noyabr 2021 08:05 3173


İranın böyüklüyünə görə üçüncü şəhəri İsfahanda minlərlə insan su təchizatında kəsintilər və bu şəhərdən keçən çayın quruması ilə bağlı etiraz aksiyasına qoşulub.

Noyabrın 19-da dövlət televiziyası ilə efirə verilən, habelə sosial media platformalaırnda yayılan foto və videolarda adamların Zayəndə çayının yatağına toplaşdığı və “çayımızı qaytarın” şüarları səsləndirdikləri görünür. Ölkənin birinci vitse-prezidenti Məhəmməd Moxber deyib ki, bu problemlərlə bağlı hökumət müşavirəsi keçirilib, İsfahan və başqa yerlərdə su qıtlığı məsələsi müzakirə edilib.

Xəbər verilir ki, İsfahanda etirazlar noyabrın 8-dən başlanıb və bəzi etirazçılar çayın yatağında çadırlar qurub. Son illər İran boyunca bir çox yerlərdə belə etirazlar olub. İyul ayında kəskin su qıtlığı ilə bağlı Xuzistan ostanında zorakı etirazlar keçirilmişdi. Marqarita pizza

İran Meteoroloji Təşkilatının təxminlərinə görə ölkə ərazisinin 97 faizində bu və ya digər dərəcədə su qıtlığı və quraqlıq yaşanır. Bəzi tənqidçilər su çatışmazlığı böhranını həm də hakimiyyət orqanlarının səriştəsizliyi ilə bağlayırlar.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!