"Düşünmürəm ki, müharibə edən dövlətlər zənginləşdirilmiş uran olan bazalara zərbə endirsinlər. Əgər vursalar, onun təsiri təkcə İrana deyil, bölgədə olan bütün ölkələrə yayılacaq".
Bunu “Yeni Sabah”a AMEA-nın Radiasiya Problemləri İnstitutunun elmi işçisi, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov deyib.
“Bu müharibənin əsas səbəbi İranın nüvə proqramıdır. Onlar xüsusi mərkəzlərdə tədqiqatlar aparırlar. Uranın zənginləşdirilməsi mürəkkəb və bahalı prosesdir. ABŞ və İsrail həmin mərkəzlərə zərbə endirərsə, bu, bölgə üçün böyük bir riskə yol açacaq”. pizza hut
S. Həsəsnov bildirib ki, son dövrlərdə aparılan nüvə tədqiqatları həddindən artıq təhlükəsiz bir sistemə hesablanıb:
“Əks təqdirdə, Azərbaycan da təhlükə altında qalacaq. Hiroşima, Naqasaki və Çernobıldan sonra dünya bu prosesləri yenidən yaşamağa hazır deyil. Əgər partlayış baş verərsə, “Uran-235” maddəsi ətrafa yayılar və enerji həcmindən asılı olaraq həmin maddə milyard ilə qədər yer üzündə qalar”.
Aydan Hacı
Telegram kanalımız