İran Daxili İşlər Nazirliyi prezidentliyə namizədliyi rəsmən qeydə alınmış şəxslərin siyahısını açıqlayıb.
Yenisabah.az “Fars News”a istinadla xəbər verir ki, Keşikçilər Şurasının təsdiqindən keçmiş namizədlərin siyahısına 7 şəxs daxildir: Səid Cəlili, Seyyid İbrahim Rəisi, Möhsün Rezayi, Əlirza Zakani, Seyyid Əmir Hüseyn Qazizadə Haşimi, Möhsün Mehrəlizadə, Əbdulnasir Hemməti.
Ölkənin bir çox tanınmış simaları, o cümlədən Əli Laricani, Mahmud Əhmədinejad, İshaq Cahangiri və Mustafa Taczadə seçkidə namizəd kimi iştirakdan kənarlaşdırılıb. Sezar pizza
Artıq seçkidən kənarda qalmış şəxslərdən biri məsələyə münasibətini bildirib.
Parlamentin keçmiş sədri Əli Laricani tərəfdarlarına müraciət edərək, nəticədən asılı olmadan seçkilərdə fəal iştiraka səsləyib.
Xatırladaq ki, ümumən 592 nəfər namizədliyini irəli sürmüşdü.
İranda prezident seçkiləri iyunun 18-də keçiriləcək.
Telegram kanalımız