İranda son gündə koronavirusdan 564 nəfər ölüb.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Beləliklə, virusdan ölənlərin ümumi sayı 100.255 nəfərə çatıb. pizza mizza
Ölkədə 31.266 yeni COVID-19 xəstəsi müəyyən edilib, onlardan 4.603-ü xəstəxanaya yerləşdirilib.
Koronavirus xəstələrinin ümumi sayı 4.587.683-ə çatıb.
İndiyə qədər 3.840.568 xəstə sağalıb.
İranda 27 milyon 579 min 653 test aparılıb.
Telegram kanalımız