İrandan külli miqdarda narkotik keçirmək istədi

saytların hazırlanması

Evə çatdırılma

İrandan külli miqdarda narkotik keçirmək istədi

Kriminal

14 May 2019 09:13 1076


Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə külli miqdarda narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN –dən “Yeni Sabah”a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı rayonunun Kolanlı kənd sakini Ruhid Həbibov saxlanılıb.

Ondan 119 qram çəkidə narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. Araşdırma zamanı R.Həbibovun narkotik vasitəni İran İslam Respublikasından əldə edərək qaçaqmalçılıq yolu ilə respublika ərazisinə keçirdiyi müəyyən edilib. Dördpendirli pizza

Faktla bağlı Biləsuvar RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!