İrandan Naxçıvana dron atılması ilə bağlı   YENİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

İrandan Naxçıvana dron atılması ilə bağlı YENİ AÇIQLAMA

Siyasət

09 Mart 2026 14:10 1295


“İranın Azərbaycan, Türkiyə və Kiprə raket atması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir”.

“Yeni Sabah” xəbər verir ki, bunu İslam Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat katibi İsmayıl Bəqai deyib.

O, İran Silahlı Qüvvələri Baş Qərargahının hadisə ilə bağlı açıqlamasını xatırladıb:  “Baş Qərargah rəsmi şəkildə bəyan edib ki, sözügedən əməliyyatlar İran ərazisindən və ya İran hərbi qüvvələrinin iştirakı ilə həyata keçirilməyib. Dördpendirli pizza

Biz həmişə saxta bayraq (false flag) əməliyyatlarına qarşı xəbərdarlıq etmişik və bu cür məlumatlar əsassızdır”.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb. Nəticədə 4 nəfər xəsarət alıb.

Martın 5-də Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Dövlət başçısı toplantıda bildirib ki, Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir.

Martın 8-də Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Prezident Məsud Pezeşkian dövlətimizin başçısının İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar İranın Azərbaycandakı səfirliyinə gələrək başsağlığı verməsinə, həmçinin İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib.

Məsud Pezeşkian Naxçıvanın havadan atəşə tutulması ilə bağlı insidentin İranla əlaqəsi olmadığını deyərək, hadisənin araşdırılacağını vurğulayıb.

Prezident İlham Əliyev İranda baş vermiş son hadisələrdə çox sayda mülki şəxslərin həlak olması ilə bağlı bir daha başsağlığını çatdırıb.

Dövlət başçısı Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!