İrandan ölkəyə 16 kq narkotik vasitə keçirmək istədi

saytların hazırlanması

Evə çatdırılma

İrandan ölkəyə 16 kq narkotik vasitə keçirmək istədi

Kriminal

19 Sentyabr 2025 11:19 378


İrandan 16 kq narkotikin ölkəyə keçirilməsinin qarşısı alınıb.

Bu barədə "Yeni Sabah"a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən naməlum şəxsin şübhəli hərəkətləri müşahidə edilib. Pepperoni pizza

Sərhəd zastavası dərhal "Silaha" komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılmış və sərhəd axtarışı həyata keçirilib.

Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı – 1989-cu il təvəllüdlü Allahverdiyev Hüseyn Rafiq oğlu saxlanılıb. Ona məxsus bağlamaya baxış zamanı ümumi çəkisi 16 kiloqram 650 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!