İrandan Türkiyəyə ballistik raket atıldı

saytların hazırlanması

Evə çatdırılma

İrandan Türkiyəyə ballistik raket atıldı

Dünya

09 Mart 2026 16:10 1501


Türkiyənin Milli Müdafiə Nazirliyi (MMN) İrandan atılan ballistik sursatın zərərsizləşdirildiyini açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə nazirliyin rəsmi açıqlamasında bildirilib.

Məlumata görə, İran ərazisindən atılan balistik sursat Türkiyənin hava məkanına daxil olduqdan sonra Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO müdafiə sistemləri tərəfindən uğurla məhv edilib. Sezar pizza

Bildirilib ki, məhv edilən raketin qalıqları Türkiyənin Qaziantep vilayətində boş ərazilərə düşüb. Hadisə nəticəsində ölən və ya yaralanan olmadığı qeyd olunub.

Türkiyə Milli Müdafiə Nazirliyi açıqlamasında ölkənin yaxşı qonşuluq münasibətlərinə və regional sabitliyə önəm verdiyini vurğulayıb, eyni zamanda milli təhlükəsizlik məsələlərində güzəştə getməyəcəyini bildirib.

Nazirlik xəbərdarlıq edib ki, Türkiyənin ərazisinə və hava məkanına yönələn istənilən təhdidə qarşı bütün zəruri addımlar qətiyyətlə atılacaq və bu istiqamətdə edilən xəbərdarlıqlara əməl olunması hər kəsin maraqlarına uyğundur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!